PASHA Technology

Məhsul meneceri

 My default image 

 

Əsas öhdəliklər:

  • Müştəri ehtiyaclarını müəyyən etmək üçün araşdırmalar aparmaq; Bazar tələbatını, rəqiblərin assortimentlərini öyrənmək;
  • Məhsulun inkişafı üçün strategiyanın yaradılmasında birbaşa iştirak etmək və müvafiq kommunikasiyanı həyata keçirmək;
  • Satış məqsədlərinə çatmaq üçün istehlakçı tələbi ilə uyğunlaşan satış məqsədlərini müəyyən etmək;
  • Qiymətin təyin edilməsində bilavasitə iştirak və təkliflərlə çıxış etmək, məhsulun satılma tezliyini təyin etmək;
  • Satışın stimullaşdırılması yolları ilə bağlı təkliflər vermək, reklam və promo aksiyaları təşkil etmək;
  • Məhsulun gəlirliliyini təyin etmək;
  • Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılmasını təşkil etmək;
  • Məhsulla bağlı marketinq kampaniyalarının hazırlanmaq və həyata keçirmək.

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • İT istiqaməti üzrə ali təhsil;
  • İT İnfrastrukturu istiqaməti üzrə 2-3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq;
  • Bulud xidməti platforması təcrübəsi;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq;
  • CRM sistemləri ilə işləmə bacarığı və təcrübə;
  • Məlumatların təhlili bacarıqları;
  • Bazar araşdırması bacarıqları;
  • İT xidmətləri haqqında anlayış mütləqdir;
  • DATA Mərkəz mühitində və Tier standartları barədə biliklər;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Telefon vasitəsilə effektiv ünsiyyətin qurulması və dinləmək bacarığı;  
  • Müştəri yönümlülük;

Son müraciət tarixi: 31 Mart 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 31.03.2023