Bestcomp Group

Məhsul Sahibi/Product Owner

My default image 

Vəzifə öhdəlikləri:

  • İstifadəçilər və texnologiyalar haqqında ətraflı biliyə əsaslanaraq məhsulun texniki həyat dövrünə rəhbərlik etmək.
  • Məhsulun xüsusiyyətlərini və funksionallığını təmin etmək üçün Proqramlaşdırma komandası tərəfindən həyata keçiriləcək işi təyin etmək, prioritetləşdirmək və qiymətləndirmək.
  • Biznes dəyərinə uyğun olaraq məhsul bakloqunu formalaşdırmaq üçün analitika, dizayn, proqramlaşdırma da daxil olmaqla, çarpaz funksiyalı komandalar və maraqlı tərəflərlə işləmək.
  • Məhsulun yol xəritəsindəki xüsusiyyətləri istifadəçi hekayələrinə çevirərək proqramlaşdırma komandasının məhsulu qavramasına yardımçı olmaq.
  • Məhsul bekloqunu idarə etmək, sprint planlamanı həyata keçirmək və proqram təminatındakı defektlərin aradan qaldırılmasını təmin etmək.
  • Maraqlı tərəflərin tələblərini balanslaşdıraraq, təyin edilmiş məhsullar üçün sprint planlamasını prioritetləşdirmək.
  • Agile mühitdə işləyərək, davamlı daxil olan biznes ehtiyaclarını nəzərdən keçirmək, məhsulun yaradılması üçün prioritetləri dəqiqləşdirmək, mərhələləri və nəticələrini təsvir etmək, imkanları və riskləri müəyyənləşdirmək.
  • Məhsulun müştəriyə vaxtında çatdırılmasını təmin etmək üçün layihə menecerlərinə, maraqlı tərəflərə hesabat vermək.
  • İşin həcminə və resurs tələblərinə əsaslanaraq büdcələrin hazırlanmasını dəstəkləmək.
  • Tətbiqin təhvil verildikdən sonra təkmilləşdirmələrinin və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.

Davranış bacarıqları:

  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
  • Ünsiyyət bacarığı
  • Güclü iş etikası
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
  • Detallara diqqət
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları

Xüsusi tələblər:

  • Diplom: İnformasiya Texnologiyaları, kompüter mühəndisliyi və İT biznes sahələri üzrə bakalavr dərəcəsi.
  • Təcrübə: Proqram təminatı layihələrində Məhsul Sahibi, Biznes Analitik və ya bənzəri vəzifələrdə 3+ illik təcrübə. PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq üstünlükdür.
  • Xüsusi təcrübə sahələri:
  • Əsas Domen biliklərinə sahib olmaq
  • SDLC bilikləri
  • Kompüter bacarıqları:
  • MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri.
  • Baza SQL bilikləri üstünlükdür. 
  • Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)

Maraqlanan namizədlər CV-ləri “Məhsul Sahibi (Product Owner)” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 15.02.2023