Müştəri Xidmətləri Bölmə Rəhbəri

By Telecom

Müştəri Xidmətləri Bölmə Rəhbəri

undefined 

 

“Müştəri Xidmətləri Bölmə Rəhbəri”nin əsas rolu tabeliyində olan bölmənin işinin tam və effektiv təşkil edilməsindən ibarət olacaqdır. 

Öhdəliklər:

  • Müştəri Xidmətləri bölməsinin işinin tam və effektiv planlanması, təşkil edilməsi
  • Bölmənin işçilərinin kanallar üzrə bölüşdürülməsi, komandanın KPİ-ları təmin etməsi və hədəflərə çatması üzrə işinin təşkili
  • Marketinq və reklam kampaniyalarının potensial və mövcud müştərilərə birbaşa kommunikasiyasının təşkili
  • Telemarketinq işinin təşkili və idarə edilməsi
  • Bölmənin işçilərinin təlimi və inkişafı üzrə treninqlərin təşkili, yeni məhsullar və kampaniyalar haqqında məlumatlandırmaq
  • Bölmənin işi haqqında günlük, həftəlik və aylıq hesabatların hazırlanması
  • Şirkətin ümumi satış hədəflərinə və planına uyğun olaraq bölmənin bu plandakı hissəsini təmin və icra etmək

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il real iş təcrübəsi
  • Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dili arzuolunandır
  • CRM proqramları ilə tanışlıq və iş tücrübəsinin olması böyük üstünlükdür
  • Əsasən məsafədən satış və telemarketinq əməliyyatları və prosesləri haqqında ətraflı biliklər 
  • Yaxşı səviyyədə kommunikasiya bacarıqları
  • Nəticə yönümlü yanaşma, hədəflərlə işləmək bacarığı
  • Analitik düşünmək və kritik, sərbəst qərarlar verə bilmək bacarığı

Təklif olunur:

  • İnkişaf edən şirkətdə inkişaf edən karyera imkanı
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Rəsmi və rəqabətcil əməkhaqqı, illik məzuniyyət
  • Şəhərin mərkəzində müasir və rahat ofis şəraiti
  • Həftə 6 iş günü, 1 gün istirahət
  • Baza əməkhaqqı ilə yanaşı təkmil bonus sistemindən faydalanmaq

Müraciət etmək istəyən namizədlər CV-lərini email ünvanına mövzu hissəsinə “Müştəri Xidmətləri Bölmə Rəhbəri” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Elanın bitmə tarixi: 29.04.2023