StudyLab
Ofis menecer
Vəzifə öhdəlikləri:
Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, işçilər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
Müəssisəyə məxsus bütün növ sənədlərinin yeri və əhəmiyyətinə, onların təsnifatına və şərtlərinin tələblərinə, eyni zamanda müəssisədə tətbiq olunan prosedur qaydalara uyğun şəkildə sənədlərlə işin aparılmasının, istifadə olunmasının və saxlanmasının təşkili və nəzarəti;
Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək və onun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında şirkətdaxili, ölkədaxili va beynəlxalq yazışmaların aparılması;
Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşünü təşkil edilməsi;
Gündəlik və iclasların təsərrüfat xidmətinin təşkil edilməsi; Korporativ tədbirlərin təşkili;
Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtı vaxtında yerinə yetirilməsi
Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
Sosial şəbəkə üzərindən daxil olan müraciətlərin cavablandirilmasi və müştərilərə şirkət və satis qiymətlər haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi;
Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;
Namizədə tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Kargüzarlıq qaydalarını bilməlidir
Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı.
Şərtlər:
Ödəniş: əmək haqqı + işin nəticələrinə görə bonuslar (fərdi olaraq müzakirə olunur)
Bazar ertəsi – Cümə 09:00 -18:00 / Şənbə 09:30 - 16:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
“StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Ofis menecer“ yazıb CV göndərməklə müraciət edilir.
Elanın bitmə tarixi: 10.01.2024