Rəhbərlik tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, həmçinin plandan kənar monitorinqlərin aparılması;
Bank əməkdaşlarının davranış məcəlləsinə, qanunlara, Mərkəzi Bankın qaydalarına, bankın siyasətinə və proseduralarına uyğunluğuna nəzarət və qeyd edilən normativ aktların tələblərinin pozulması halları üzrə yoxlamaların aparılması;
Aşkarlanmalar və tövsiyələrlə bağlı düzgün tədbirlərin həyata keçirilməsini təyin etmək məqsədilə müəyyən müddət aralığında adekvat monitorinqlərin aparılması;
İşin məhsuldarlığı və xidmətin keyfiyyəti məqsədi ilə digər struktur bölmələr ilə müntəzəm koordinasiya, kommunikasiyanın aparılması, komanda problemlərinin həll edilməsi;
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına dair rəy və təkliflərin verilməsi;
Biznes proseslərin düzgün icra olunmasına nəzarət, nəticənin şöbə rəhbərinə hesabat şəklində təqdim edilməsi;
Müəyyən edilmiş pozuntular, nəticələr və tövsiyələrlə bağlı fəaliyyəti özündə cəmləşdirən hesabatın rəhbərliyə təqdim edilməsi;
Bankın fəaliyyəti ilə bağlı münasib şərtlərin təmini məqsədilə müstəqil və obyektiv məsləhət xidmətlərinin göstərilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
Təhsil: iqtisadiyyat sahəsində və ya uyğun digər sahə üzrə ali təhsil (bakalavr).
Təcrübə: 3-5 il bank təcrübəsi.
Xarici dil: ingilis dili biliyi (səlis).
Kompüter bilikləri: “Microsoft Office” proqramları.
Məhsul üzrə biliklər: bank məhsulları barədə məlumatlı olmaq
Digər: banklarda daxili nəzarət və komplayns, risk, daxili audit, maliyyə və xəzinədarlıq əməliyyatlarına nəzarət üzrə iş təcrübəsi.
Lisenziya / sertifikat: ACCA, CFE, CİA və ya digər sertifikatın olması arzu ediləndir.