Pərakəndə satışın genişləndirilməsi üzrə koordinator

Azerbaijan SuperMarket

Pərakəndə satışın genişləndirilməsi üzrə koordinator

undefined 

 

Vakansiyanın təsviri:

  • Yeni yerlərin təqdimatı zamanı onların maliyyə göstəricilərinin hesablanması və təqdimata əlavə olunması;
  • Göstəricilərdə qeyd olunası rəqəmləri adiyyatı şəxslərdən və departamentlərdən əldə etmək, onları müqayisə, müzakirə və analiz etmək;
  • Rəhbər heyət tərəfindən iclaslarda şifahi təsdiq olunan yeni yerlərin təqdimatlarının müvafiq tərtibatda hazırlanıb və adiyyatı şəxslərə imzalatdırmaq;
  • İmzalanmış təqdimatlar əsasında maliyyəyə yeni mağazaların kodları üçün sorğu açmaq;
  • Yeni və köhnə yer sahiblərinə həm icarə və həm də kommunal xidmət haqqlarının həyata keçirilməsi (həm avans, həm stabil);
  • Ödənişlərin həyata keçirilə bilməsinə görə yer sahiblərindən lazımi məlumatları əldə edib bunun əsasında müştəri kodunun proqram üzərindən alınması üçün mühasibatlıq şöbəsinə sorğu yaratmaq;
  • Ödənişlərin həyata keçirilə bilməsi üçün lazım olan sifarişlər sənədinin illik aralıqlarla proqram üzərindən yaradılması və rəhbər şəxslər tərəfindən təsdiq alma prosessinin izlənilməsi;
  • Hər ay qəbul olunduğuna dair qeydlərin olunması və mühasibatlıq şöbəsinə ödənişlərin olunması ilə bağlı sorğu yaratmaq;
  • Ödənişlərlə bağlı banklarda və ya daxildə mühasibatlıqla, yer sahibləri arasında yarana biləcək bütün problərin həlli ilə məşğul olmaq;
  • Yeni yerlər üçün obyekt kodların alınması.

Xüsusi tələblər:

  •  Ali təhsil;
  • Qeyd edilən sahədə ən azı 2 illik təcrübə;
  • Komandada işləmək və rəhbərlərin göstərişlərinə əməl etmək bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı;
  • Təzyiq altında işləmək bacarığı;
  • Düzgün və planlı iş şəraiti yaratmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarıqları;
  • Müstəqil və ya komandada işləmək bacarığı;
  • Microsoft Office proqramları üzrə biliklər.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Pərakəndə satışın genişləndirilməsi üzrə koordinator" qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 14.02.2023