Baku Electronics

Qeydiyyatçı

My default image 

 

Tələblər:

  • Ali təhsil;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Telefon zənglərini cavablandırmaq, zəngləri aidiyyaı üzrə yönləndirmək;
  • Daxil olan sənədləri, ərizələri, yazılı müraciətləri və şikayətləri qəbul etmək, qeydiyyatını aparmaq, aidiyyatı üzrə yönləndirilməsini təmin etmək;
  • İnsan resurslarının əməliyyat sisteminə daxil olan bir qrup sənədlərin (dövriyyə vərəqəsi, müsahibə dəyərləndirmə blankı və s.) aidiyyatı üzrə rəhbərliyin imzaya təqdim etmək;
  • Müsahibəyə dəvət olunan, yeni işə qəbul olunan namizədləri və əmək müqaviləsinə xitam verilən əməkdaşları gülərüzlə qarşılamaq, onları müvafiq məsul şəxslərə yönləndirmək;
  • Ön ofis işçiləri üçün yaxa kartlarını hazırlamaq və aidiyyatı üzrə təhvil vermək;
  • Yeni işçilərin geyimlə bağlı olan ehtiyaclarını təmin etmək və aidiyyatı şöbə üzrə təhvil vermək;
  • Əmək haqqı kartlarının təhvili barədə aidiyyatı şöbələri məlumatlandırmaq, işçilərin müvafiq sənədləri imzalamasını təmin etmək və əmək haqqı kartlarını təhvil vermək;
  • Yüksək səviyyədə yazılı və şifahi şəkildə ünsiyyət quraraq şirkət daxilində kommunikasiya axınını təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Qeydiyyatçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 02.03.2023