Satınalma üzrə mütəxəssis

Cyberpoint

Satınalma üzrə mütəxəssis

1000 - 1500 AZN

My default image 

 

Öhdəliklər:

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Müvafiq şirkətlərlə danışıqların aparılması və logistika prosesinin izlənilməsi;
  • Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.

Tələblər:

Təhsil:

  • Təchizat, biznesin idarə edilməsi sahəsində bakalavr təhsili

Texniki səriştələr:

  • MS Excel, Word yaxşı səviyyədə
  • 1 C 8.3 yaxşı səviyyədə
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
  • İngilis dili, Rus dili yaxşı səviyyədə
  • Gömrük rəsmiləşdirilməsi və zəruri əməliyyatlar barədə məlumatlı olmaq

Təcrübə:

  • Satınalma sahəsində minimum 1-3 il iş təcrübəsi

Yumşaq bacarıqlar:

  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və problem həlletmə bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: 1000-1500

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını [email protected] elektron ünvanına göndərin.

Elanın bitmə tarixi: 30.04.2023