Satınalmalar üzrə mütəxəssis

”RİCON” MMC

Satınalmalar üzrə mütəxəssis

1000 - 1500 AZN

My default image 

 

2003-cü ildən fəaliyyət göstərən, layihələrinin miqyasını daha da genişləndirən, ölkədə qabaqcıl tikinti şirkətlərindən olan RİCON MMC öz analitik bacarıqlarına, təcrübəsinə güvənən, pozitiv korporativ mühitdə işləmək istəyən komanda yoldaşı axtarır.

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Hesabatların hazırlanması və analiz olunması;
  • Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması. 

Kvalifikasiyaya olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi, tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), 1C proqramlarını bilməli; 
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməyi üstünlükdür;
  • Təşkilat və onun missiyasına yüksək sadiqlik;
  • Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri. 

İş şəraitimiz:

  • Əmək haqqı 1000-1500 AZN;
  • İş qrafiki 8.00-17.00;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.

Elanın bitmə tarixi: 20.05.2023