Sertifikat və qeydiyat üzrə kiçik mütəxəssis

Azerbaijan SuperMarket

Sertifikat və qeydiyat üzrə kiçik mütəxəssis

undefined 

 

Şöbə: Gömrük və beynəlxalq loqistika
Yerləşmə: Baş Ofis

Vəzifə öhdəlikləri:

  • Sertifikatların və idxal ixrac icazələrin xərclərinə nəzarət etmək, yerli və xarici təchizatçılarla daim əlaqədə olmaq, çatışmayan sənədlərin təchizatçılardan tələb etmək
  • İdxal ediləcək yüklərin sənədlərinin yoxlanılması
  • İdxal sənədlərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq qurumlara müraciətlərin hazırlanması və sistemə işlənilməsi (AQTA və Gigiyena İdarəsi)
  • Tələb olunan nümunələrin təşkil edilməsi
  • Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sertifikatların (idxal və ixrac icazələri və digər sertifikatlar) zamanında təmin edilməsi
  • Alınan icazələrin və sertifikatların daxili sistemə işlənilməsi və hesabatlarının aparılması
  • Daxili sistem üzrə sertifikat və icazələrin ödənişlərinin həyata keçirilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Gigiyenik sertifikat və icazələrin (fito və baytarlıq) alınmasına dair biliklərinin olması üstünlükdür
  • Qida məhsullarından və onların çeşidlərindən anlayışın olması arzu olunandır
  • Orta səviyyədə Rus və İngilis dilləri
  • MS Ofis proqramlarında işləmək bacarığı
  • Ünsiyyət bacarıqları
  • Komandada çalışmaq bacarığı
  • Tez uyğunlaşmaq və öyrənmək bacarıqları.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Sertifikat və qeydiyat üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Elanın bitmə tarixi: 29.04.2023