Şöbə rəisi (Keyfiyyətə nəzərat şöbəsi-texniki xidmət üzrə)
SOCAR
Şöbə rəisi (Keyfiyyətə nəzərat şöbəsi-texniki xidmət üzrə)
3202 AZN
Vakansiyanın təsviri:
SOCAR-ın neft və qaz yataqlarının, perspektiv strukturlarının işlənməyə hazırlanması üzrə vahid texnoloji prosesi əhatə edən beynəlxalq standartların tələblərinə uyğun keyfiyyətə nəzarətin təşkil edilməsi, həmçinin keyfiyyətə əminlik tələblərinə uyğunluq nəzarət mexanizmlərinin yaradılması və davamlı inkişaf etdirilməsi, uyğun olaraq hesabatların hazırlanması;
SOCAR-ın qazma və hasilat sahələrini əhatə edən müəssisələrdə proseslərin Keyfiyyət normalarına uyğun şəkildə aparılmasının qiymətləndirməsi və formalaşmış təkliflərin Departament rəisinə təqdim edilməsi;
SOCAR-ın struktur bölmələrindən Departamentin və Şöbənin əsasnaməsi ilə müəyyənləşdirilmiş vəzifələrinin həyata keçirilməsi üçün lazım olan məlumat, material, sənəd və hesabatların müvafiq qaydada əldə edilməsi və təhlilinin təmin edilməsi;
Şöbədə işçilər arasında iş bölgüsünü aparmaq;
Şöbənin işinin icrasına nəzarəti bilavasitə Departament rəisinin tapşırıqları əsasında həyata keçirmək;
Müvafiq sahələr üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
Müvafiq sahələr üzrə mürəkkəbləşmə və yaxud qəza halına çevrilmə riski mövcud, səmərəliliyini itirən əməliyyatların müvəqqəti olaraq dayandırılması üçün bütün təsiredici amilləri nəzərə alan təkliflər planının hazırlanmasını təmin etmək;
Öz fəaliyyətini qanunvericiliyə, müvafiq yerli və beynəlxalq standartlara, Departamentin və şöbənin Əsasnaməsinə və SOCAR-ın digər şirkətdaxili normativ sənədlərinə uyğun olaraq təşkil etmək;
SOCAR-ın maddi maraqları və yaxud korporativ nüfuzu baxımından əhəmiyyət doğuran səviyyədə təsir edən və ya edə biləcək qəza və mürəkkəbləşmələrin araşdırılmasını təşkil etmək və bu istiqamətdə tərtib olunmuş sənədləri təhlil etmək;
SOCAR rəhbərliyinin dərkənarlar ilə daxil olan tapşırıqlarının vaxtında və yüksək peşəkarlıqla icrasını təmin etmək;
Uyğun olaraq hesabatlar, xidməti məruzələr, arayışlar tərtib edərək aidiyyəti üzrə rəhbərliyə təqdim etmək;
Texniki əməliyyatlarda SOCAR-ın keyfiyyətə nəzarət sisteminin müasir standartlara uyğun tətbiqinə nəzarətinin həyata keçirilməsi;
Şöbə işçiləri tərəfindən hazırlanmış, habelə razılaşdırılması üçün
Şöbəyə daxil olmuş sənəd layihələrinə viza vermək, onlara zəruri düzəliş və əlavələr etmək;
Layihə sənədlərinin ekspertiziyasının keçirilməsində iştirak etmək;
Şöbədə çalışan işçilər barəsində həvəsləndirmə və intizam tənbehləri tədbirlərinin görülməsinə və fəaliyyətin daha səmərəli təşkil edilməsinə dair təkliflər vermək;
Şirkətin müvafiq sahə üzrə fəaliyyət istiqamətlərində inteqrə olunmuş texniki və texnoloji siyasətinin müəyyən edilməsinə, əməliyyatların bütövlüyünün təmin edilməsinə nəzarətin təşkilini təmin etmək, uyğun olaraq hesabatların hazırlanması;
Daxili və kənar ekspertlər və konsaltinq üzrə işçi qrupları, daxili funskional bölmələr və fəaliyyət istiqaməti üzrə nümayəndələr ilə sıx əməkdaşlıq etmək;
Şirkətin apstrim seqmentində əsas fəaliyyət istiqamətləri və funksional bölmələr üzrə dəyərlərin inkişaf etdirilməsi potensialını, o cümlədən əməliyyatların və böyük investisiya layihələrinin təkmilləşdirilməsi və təşəbbüs növlərinin təmin olunması imkanlarını araşdırmaq;
Şirkətin apstrim seqmenti üzrə məqsəd və vəzifələrə uyğun olmasını təmin etməklə texniki xidmət, etibarlılıq və bütövlük funksiyasının istiqamətlərini müəyyən etmək;
Davamlı təkmilləşdirmə mədəniyyətini inkişaf etdirmək, istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün yeni texnologiyaları və innovasiyaları müəyyən etmək;
Əlaqədar riskləri, onların başvermə ehtimallarını, təsirlərini və tələb olunan yumşaldıcı tədbirləri qiymətləndirmək.
Xüsusi tələblər:
Ali bakalavr / Müvafiq sahə üzrə 7 İl / Müvafiq sahə üzrə - Hasilat və qazma istiqaməti üzrə neft və qaz sənayesində texniki xidmətin idarə olunması sahəsində 7 il mütəxəssis və ya rəhbər vəzifələrində iş təcrübə tələb olunur;
İri investisiya layihələrində təcrübə, əməliyyat mükəmməlliyi layihələrində iştirak üstünlükdür;
Müvafiq sahə üzrə magistr təhsili olanlara üstünlük verilir.
Sertifikat tələbləri 4 Sertifikat Layihələrin idarəolunması (Project Management) və texniki xidmət üzrə müvafiq təlim və ya sertifikatlar üstünlükdür.
Məsuliyyət
Nizam-intizam
Dürüstlük
Etik davranış
Peşəkarlıq
Şifahi özünüifadə
İngilis dili
Səlis ingilis dili biliyi tələb olunur.
Neft sənayesi haqqında dərin bilikləri;
Neft və qaz-kondensat quyularında əsaslı və cari təmir işlərini;
Layihə-smeta sənədlərinin hazırlanmasında istifadə olunan beynəlxalq və yerli standart və normativ sənədlərin tələblərini;
Texniki xidmət sahəsində rəqəmsal alətlərdən istifadə qaydalarını;
Məlumatları təhlil etmə üsullarını;
Korporativ idarəetmə, biznes proseslərinin qiymətləndirilməsi, istismar səmərəliliyi;
Neft və qaz sənayesində istifadə olunan avadanlıq və sistemlər haqqında biliklər də daxil olmaqla texniki xidmət mühəndisliyi sahəsində yüksək texniki bacarıqların olması vacibdir;
Daxili və kənar ekspertlər və konsaltinq üzrə işçi qrupları, yüksәk ixtisaslı texniki ekspertlәr qrupu və s. ilə aktivlər üzrə texniki tәhlillərin aparılması istiqamətində bacarıqlar;