Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
Tikinti- quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak edir;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını,
Heyətin idarəedilməsi ilə bağlı səriştələr
Ali təhsil (müvafiq sahə üzrə)
Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
İş rejimi: 5 günlük, 09:00-18:00
İşçi nahar, telefon danışığı və işə gəlib getmək üçün servislə təmin edilir.
CV-lərinizi “Smeta qrupunun rəhbəri” başlığı ilə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.