Tələbə işləri üzrə aparıcı mütəxəssis

Code Academy

Tələbə işləri üzrə aparıcı mütəxəssis

My default image 

Təsvir:

Tələbə işləri üzrə aparıcı mütəxəssis Code Academy-də tədris müddətinin effektiv həyata keçirilməsi üçün

Akademik şöbə, tələbələrə birbaşa xidmət göstərən digər funksional bölmə nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində işləyərək Tələbə Ofisinin gündəlik əməliyyatlarının və təşəbbüslərinin düzgün və vaxtında həyata keçirilməsinə cavabdehdir.

Bu vəzifə birbaşa Qəbul və Tələbə Münasibətləri şöbəsinin rəhbərinə hesabat verir.

Vəzifənin əsas öhdəlikləri:

  • Tələbələrlə Code Academy arasında sıx əlaqələrin qurulması və qorunmasının təmin edilməsi;

  • Tələbələr tərəfindən akademik və digər inzibati məsələlərlə bağlı ünvanlanan sorğuların araşdırılması və həllinin təmin edilməsi;

  • Tələbələrin nizam-intizamı ilə bağlı məsələlərin idarə edilməsi, o cümlədən araşdırılması və intizam tədbirləri səlahiyyəti olan məsul şəxslərə müvafiq nəticələrin tövsiyə edilməsi;

  • Tələbə haqlarının qorunmasının təmin edilməsi;

  • Code Academy-də tələbə icması həyatını yaxşılaşdırmaq üçün proqramların, tədbirlərin hazırlanması, planlanması və həyata keçirilməsi;

  • Tələbələrlə Code Academy arasındakı müqavilə şərtləri və daxili qaydaların qorunub təmin olunmasına dəstək;

  • Tələbələrə motivasiya və psixoloji dəstək;

  • Tələbəyə dəstək xidmətləri barədə aylıq və illik hesabatların hazırlanması.

Tələblər:

  • Biznes, sosial iş, psixologiya, təhsil və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi; 

  • Müştəri xidmətləri və ya təhsil xidmətləri yönümlü sahələrdə 5 il iş təcrübəsi;

  • Liderlik və şəxslərarası əlaqə - insanlara rəhbərlik etmək və istiqamət vermək qabiliyyəti;

  • Çevik analitik zəka, yaradıcı düşünmək və mürəkkəb problem həll etmə, qərar qəbul etmə;

  • Tələbə problemlərində və şəxsi məlumatlarda məxfiliyi qorumaq bacarığı;

  • Vaxtın, resursların səmərəli idarəedilməsi və işləri prioritetləşdirmək bacarığı;

  • Əla təşkilatçılıq bacarığı və detallara diqqət;

  • Komandaya surervayzerlik təcrübəsi arzuolunandır;

  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları- Rus və İngilis dilini peşəkar istifadə bacarığı arzuolunandır.

Müraciət üçün link: https://glorri.com/code/6527a86025b56dac8c3f96a5-T%C9%99l%C9%99b%C9%99%20i%C5%9Fl%C9%99ri%20%C3%BCzr%C9%99%20apar%C4%B1c%C4%B1%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources

Elanın bitmə tarixi: 12.11.2023