Baku Electronics

Təqibçi

My default image 

Xüsusi tələblər:

  • Təhsil: Ali;
  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Özünü təqdim etmə bacarığı;
  • Riyazi hesablama bacarığı;
  • İş təcrübəsi: 1-3 il.

Vəzifə öhdəlikləri:

  • Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
  • Borcun ödənilməsinə nəzarət etmək;
  • Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
  • Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
  • Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
  • Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Təqibçi”  qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 28.03.2023