Baku Electronics

Xəzinədar

My default image 

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul edir;
  • Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyatı həyata keçirir;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir;
  • Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək;
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək;
  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək;
  • Gərgin iş qrafikində işləməyi bacarmaq;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədar” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Elanın bitmə tarixi: 14.03.2023