Xidmətlərin təqdim edilməsi üzrə Menecer/SDM

Bestcomp Group

Xidmətlərin təqdim edilməsi üzrə Menecer/SDM

My default image 

Vəzifə öhdəlikləri:

  • Müştəri Dəstəyi və Biliklərin Transferi üzrə komandaya rəhbərlik etmək, resursları planlaşdırmaq, biznes konfliktlərini idarə etmək, komanda tərəfindən proses və tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsini təmin etmək.
  • Departamentin dəstək/xidmət/təlim/sınaq əməliyyatlarının müxtəlif aspektlərinin monitorinqi və idarə edilməsi, Xidmət Səviyyəsinin İdarəedilməsini mütəmadi olaraq nəzərdən keçirilməsi, hesabatların formalaşdırılması və SLA-larla performansın idarə edilməsini təmin etmək.
  • Şirkətin müştəri dəstəyi və biliklərin transferi üzrə fəaliyyətinin davamlı təkmilləşdirilməsini dəstəkləmək üçün nəzərdə tutulmuş prosedurların və sistemlərin işlənib hazırlanması və tətbiqini təmin etmək.
  • Müştərilərlə, daxili və xarici maraqlı tərəflərlə müsbət münasibətlərin saxlanılması, onların ehtiyaclarının müəyyən edilməsi və biznes kontekstində xidmətlərin göstərilməsinə nəzarət edilməsi.
  • Müştəri Dəstəyi və Biliklərin Transferi üzrə komanda üzvlərinə məsləhətlərin verilməsi, kouçluq edilməsi və xidmətlərin vaxtında göstərilməsi üçün planlaşdırılmanın idarə edilməsi.
  • Müştəri məmnuniyyətini itirmədən xərclərin azaldılması yollarını müəyyən etmək.
  • Departamentin xidmətlərini, onların təqdim edilmə meyarlarını və yarana biləcək problemlərin həlli yollarını müəyyən etmək üçün digər rəhbərlərlə tərəfdaşlıq əlaqələri qurmaq və mütəmadi ünsiyyətdə olmaq.
  • Yeni/dəyişmiş xidmətləri nəzərdən keçirərək təhvil-təslimində fəal iştirak edib, xidmətlərin gözlənilən təqdimetmə keyfiyyəti səviyyəsinə uyğunluğunu təmin etmək.

Davranış bacarıqları:

  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyəti
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
  • Komandada işləmə bacarığı
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
  • Ünsiyyət bacarığı
  • Güclü iş etikası
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
  • Detallara diqqət
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.

Xüsusi tələblər:

  • Diplom: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi və ya orta ixtisas təhsili.
  • Təcrübə: Müştəri xidmətləri sahəsində minimum 5 illik, rəhbər vəzifələrdə minimum 3 illik təcrübə.
  • Kompüter bacarıqları:
  • MS Office, Service Desk, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri. 
  • Baza SQL bilikləri üstünlükdür. 
  • Dil bilikləri: Azərbaycan mükəmməl, Rus yaxşı. İngilis dili arzuolunandır.

Maraqlanan namizədlər CV-ləri “Xidmətlərin təqdim edilməsi üzrə menecer” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 07.03.2023