Zəng Xidmətləri üzrə Nümayəndə

Fairmont

Zəng Xidmətləri üzrə Nümayəndə

My default image 

 

Vakansiyanın təsviri:

 

  • Zəng Xidmətləri üzrə Nümayəndənin başlıca vəzifəsi Qonaqlarımıza “Fairmont Hotels & Resorts” Şirkətinin standartlarına müvafiq şəkildə xidmət göstərilməsini təmin etmək və bununla bərabər müsbət münasibətlər çərçivəsində Otelin mənfəət gətirmə qabiliyyətini inkişaf etdirməkdir. Qonaq Qonaqlarla Əlaqə üzrə Nümayəndə, qonaqların razı qalmasını təmin etməli, “Fairmont Hotels & Resorts” Şirkətini nümunəvi təmsil edən bir nümayəndəyəyə çevrilməlidir. Zəng Xidmətləri üzrə Nümayəndə Ön Ofis Menecerinə məruzə edir.
  • Qonaqlar və Əməkdaşlar ilə münasibətlərdə bütün “Fairmont Hotels & Resorts” Şirkətinin xidmət standartlarına riayət edilməsini təmin etmək.
  • Qonaqların adını yadda saxlamaqla Qonaqlara və Əməkdaşlara birbaşa xidmət göstərmək.
  • Ön Ofis və Zəng Xidmətləri Şöbələrinin siyasət və prosedurlarını, fəaliyyətini bilmək. Vəzifəsinə daha yaxşı yiyələnmək və inkişaf etmək üçün təlimdə əldə edilmiş bilikləri və təcrübəsindən istifadə etmək və öhdəliklərini yerinə yetirərkən dəqiq olmaq.
  • Qabaqcadan Sifarişləri yoxlayaraq və Qonaqların istəklərinə nəzarət edərək, bütün standartların qaydasında getməsindən əmin olmaq. 
  • Zənglərin qəbul edilməsi üçün bütün iş növbəsi ərzində Resepşn Masasında daima zənglərə cavab verəcək bir şəxsin olmasını təmin etmək. 
  • Daxili və xarici zəngləri qəbul edərkən Otelin telefon etiketinə müvafiq davranmaq.
  • Ön Ofis Qeydiyyat Masasına zəng vuran hər bir şəxsin zənginə cavab verilməsini təmin etmək.
  • Qonaqlara və Oteli ziyarət edən şəxslərə Fairmont Prezidentlər Klubunu və Otel xidmətlərini həvəslə tanıtmaq.
  • Qonağın istəkləri barədə yenilənən məlumatları izləmək, bu barədə Qonaqlarla əməkdaşlıq etmək və əldə edilən məlumatları əməkdaşlara ötürmək.
  • Qonaqlara həvəslə xidmət göstərərək onların gözlədiyindən də artıq xidmət göstərmək.
  • Satış proqramları vasitəsiylə otelin maksimum gəlir əldə etməsini təmin edilməsindən əmin olmaq.
  • Qonaqlarla sağlam və etibarlı münasibətlərin qurulmasını təmin etmək.
  • Şöbə daxili iclaslarda iştirak etmək, xidmətləri daha da inkişaf etdirmək üçün yeni ideyalar təqdim etmək.
  • Otelin müvaviq sağlamlıq və təhlükəsizlik qaydalarına riayət edilməsini, şöbədə hər kəsin təhlükəsizlik və fövqəladə hallar ilə bağlı xəbərdar olmasını təmin etmək.
  • Maksimum nəticə əldə etmək üçün vaxt və material kimi mənbələrdən səmərəli istifadə etmək.
  • Şöbə daxili əməkdaşlar və digər şöbələrdəki əməkdaşlarla pozitiv münasibətlər qurmaq və davam etdimək, həm ünsiyyətdə, həm də işində uğurlu olmaq. Açıq müzakirələri dəstəkləmək.
  • İş yoldaşları üçün nümunəvi bir iş yoldaşı olmaq və öz davranışı ilə başqalarını da işə həvəsləndirmək.
  • Ön Ofisdə, Zəng Xidmətləri, Fairmont Gold Şöbəsində işləyə bilmə bacarığına sahib olmaq.
  • Fairmont Gold bölməsində işləyən zaman yüksək səviyyədə fərdi xidmətlər göstərmək, Ön Ofis xidmətləri olan qeydiyyata alinma və  qeydiyyatından çıxma, Qida və İaşə Xidmətləri və “Butler” xidmətlərini təmin etmək. 
  • Xidmət keyfiyyətinin yoxlanılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə bütün daxil olan və edilən zənglərin səs yazılarının qeydə alınması
  • Digər mümkün vəzifələr.

 

Xüsusi tələblər:

 

  • İngilis dilində mükəmməl şəkildə yazılı və şifahi ünsiyyət, Azərbaycan, Rus və Türk dillərində isə yaxşı ünsiyyət qabiliyyətinə malik olmaq.
  • Sakit və təmkinli qalmaq şərtilə, dəyişkən mühit çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək.
  • Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı  və  novbələrə rahat uyğunlaşa bilmə və işləyəbilmə imkanının olması.
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı olmaq və qonaqlarla münasibət qurmağı bacarmaq.
  • Qonaqpərvərlik sahəsində Diplom və ya Dərəcəsi olmaq.
  • Şövqlü olmaq, təşkilatçılıq və liderlik qabiliyyətinə malik olmaq.
  • Kompüterləşdirilmiş Ön Ofis sitemlərini (Micros-Fidelio) və Microsoft Windows proqramlarını bilmək.
  • Otellərdə və ya Müştəri xidmətləri sahəsində əvvəlki iş təcrübəsi olmaq.
  • Qonaqlara xidmətə diqqət yetirmək, Qonaqların gözləntilərini üstələməklə unudulmaz təəssürat yaratmaq.
  • Nəğd pul ilə dəqiq və səliqəli davranmaq. 
  • Müştəri(qonaq) xidməti, peşəkar təqdim etmə və ünsiyyət sahələrindələrində son dərəcədə yüksək qabiliyyətə malik olmaq.
  • Qonaqların tələbləri ilə bağlı məsələləri həssaslıqla və peşəkarcasına yanaşma tərzində həll etmək.
  • Şövqlü, sərbəst qərarlar qəbul edən, problemləri özü həll edə bilən, hadisələri yönləndirmək qabiliyyəti olan və işləri vaxtında çatdıran bir işçi olmaq.  
  • Qabaqcadan Sifarişlər, Ön Ofis və Zəng Xidmətləri daxil olmaqla Ön Ofis Şöbəsində əvvəlki iş təcrübəsinə malik olmaq.

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 05.07.2023