Zarat Import Export
Əməyin mühafizəsi üzrə mühəndis
Telefon nömrəsi: 012 562 51 40
Ünvan: Ziya Bünyadov prospekti 19/69, blok 86b
Vəzifə öhdəlikləri:
Xidmət sahəsində, bölmələrdə və ərazidə təhlükəsiz və sağlam əmək şəraitinin təmini üzrə aparılan işlərə rəhbərlik edir,
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qabaqcıl təcrübələri müəssisədə həyata keçirməyi, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik, o cümlədən yanğından mühafizə üzrə müvafiq normativ hüquqi aktların tələblərindən irəli gələn məsələlərin icrasını təmin edir,
Avadanlıqların, qurğuların, xidmət və köməkçi binaların təhlükəsiz qayda, norma və standartların tələblərinə uyğun olmasına nəzarət etməyi, genişləndirilməkdə və yenidən qurulmaqda olan xidmət sahələrində onların istismara buraxılması kompleksinə əməyin mühafizəsi, yanğın təhlükəsizliyinə və texniki təhlükəsizliyə dair tədbirlərin daxil edilməsinə nəzarət edir,
Əmək qanunvericiliyi sisteminə daxil olan normativ aktların tələblərini, aparılan işlərin həcmini nəzərə alaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi üçün təkliflər verməyi, iş yerində baş verən bədbəxt hadisələrin səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər planı hazırlayır və onların həyata keçirilməsini təşkil etməyi, iş yerində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməyi təmin edir,
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməyi, müəssisənin müvafiq sənədlərinin əməyin mühafizəsi və təhlükəsizlik norma və qaydalarına uyğun tərtib edilməsində iştirak etməyi, binanın, avadanlıqların və iş alətlərinin əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasıni təmin etməyi, xidmət sahəsində ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün müvafiq tədbirlərin görülməsini təmin edir,
İşə götürülənlərlə giriş təlimatını aparmağı, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbəti təlimatlandırmağı, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik etməyi, xidmət sahəsində, maşın-mexanizm, alət, avadanlıq və s. cihazlarda işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda, işin davam etdirilməsini dərhal dayandırmağı, təhlükəsiz qayda və normaların pozulmasına yol vermiş işçilər barədə tədbir görülməsi üçün rəhbərliyə dərhal yazılı məlumat verməyi, işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməyi təmin edir,
Müvafiq təlimatların işlənib hazırlanmasında, istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, əl əməyinin, ağır və zərərli işlərin kompleks mexanikləşdirilməsinə, həmin işlərin ixtisara salınması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir,
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxır və lazımi ölçülər götürməyi öhdəsinə götürür.
İşçi həmçinin sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə; səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına, havalandırma və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət edir,
Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin verilməsinə, həmin vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və işçilər tərəfindən iş zamanı xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin istifadə olunmasının təmin edilməsinə, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi məsələlərindən irəli gələn digər hallara nəzarət etməyi öhdəsinə götürür.
Namizədə tələblər:
Ali təhsil
Əməyin mühafizəsi üzrə ən az 3 il təcrübə
Əməyin mühafizəsi üzrə müvafiq sertifikatlara sahib olmaq
Ofis proqramlarında sərbəst işləmək bacarığı
İş şərtləri:
6 günlük iş qrafiki
İş yeri Zarat, Siyəzən
E-mail: [email protected]
Elanın bitmə tarixi: 24.11.2023