HR vəzifəsi üzrə təcrübə proqramı

Baku Accountants Associates MM

HR vəzifəsi üzrə təcrübə proqramı

undefined 

 

Vakansiyanın təsviri:

 

  • “Baku Accountants Associates” MMC praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləməyi bacaran şəxslər üçün 3 aylıq, ödənişsiz “HR Təcrübə Proqramı”-nı açıq elan edir. Bu proqramda siz HR sahəsini praktiki olaraq real sənədlər üzrə öyrənib,təcrübə və biliyinizi daha da artıracaqsınız .Uğurlu nəticə göstərən əməkdaşlar 3 aylıq təcrübə proqramı bitdikdən sonra rəsmi müqavilə ilə qeydiyyata alınaraq iş ilə təmin ediləcək.
  • Təcrübə Proqramında nələr öyrənəcəksiniz: 
  • Real şirkətlərin sənədləri üzrə praktiki iş,
  • Əmək Qanunvericiliyi,
  • 0-dan İşə qəbul sistemi,
  • ƏMAS elektron sistemdə işçilərin qəbul edilməsi,
  • Əmək haqqı kart sifarişlərinin verilməsi,
  • Əmək müqavilələrinin bağlanılması,
  • İşçilərin xitam verilməsi,
  • Əmrlərin hazırlanması,
  • Əmək haqqı hesablanması,
  • Məzuniyyət və ezamiyyə ödənişləri,
  • İşçilərin mükafatlandırılması,
  • Ştat cədvəlinin hazırlanması,
  • Xəstəlik vərəqələrinin yazılması, e-gov portalında işlənilməsi,
  • Məzuniyyətlərin verilməsi və rəsmiləşdirilməsi,
  • E-gov.az saytla praktiki iş,
  • İSB.AZ saytda işçilərin sığortalanması,
  • Şirkətin strukturunun qurulması, 
  • Tabel cədvəlinin hazırlanması,
  • Əmək kitabçalarının doldurulması, 
  • Şəxsi hesab vərəqələrinin doldurulması,
  • Kargüzarlıq sənədlərlə praktiki işlər və kadrlara aid digər sənədlərin öyrənilməsi,
  • İş qrafiki: Bazar ertəsi – Şənbə;
  • İş saatı: Həftə içi 09:00-18:00; şənbə qısa iş günü;
  • Təcrübə Proqramı keçirilir.  (Heydər Əliyev prospekti 115, Sport Plaza, B bloku, 14-cü mərtəbə, otaq 1402.)

 

Xüsusi tələblər:

 

  •  Ali ixtisas
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirilməli,
  • Word və Excel proqramlarını orta səviyyədə bilməli,
  • İngilis və ya rus dili biliyinin olması üstünlükdür;

 

Müraciət etmək üçün: [email protected] 

Elanın bitmə tarixi: 21.08.2023