İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

AGRO-VEST RETAIL

İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

1000 AZN

My default image 

 

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Məsuliyyətli və işində dəqiq olmalı;
  • Mükəmməl Əmək Məcəlləsi bilikləri olmal;
  • Təhsil: Ali;
  • İş təcrübəsi: 2 ildən çox;
  • Yaş: 25-35;

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;
  • Əmək haqqı kart sifarişinin verilməsi;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, işçilərə illik məzuniyyətlərin verilməsi;
  • Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;
  • İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: 1000 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlananlar öz CV formalarını [email protected] e-ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “İnsan Resursları üzrə Aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 23.01.2023