Azersun Holding
İnsan resursları üzrə mütəxəssis - Kürdəmir
Tələblər:
İqtisadiyyat, menecment, insan resursları ixtisası üzrə ali təhsili olmalı;
Əlaqədar sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.
MS Office, Elektron Hökümət Portalından istifadə qaydaları haqqında biliklərə sahib olmalı;
AR Əmək qanunvericiliyinin əsaslarını bilməli;
Miqrasiya məcəlləsini bilməli;
İş haqqında məlumat:
Əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması;
Əmək kitabçalarına qeydiyyatların aparılması;
Məzuniyyət qrafikinə uyğun olaraq işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparılması;
İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrinin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edilməsi.
Əcnəbi işçilərə iş və yaşamaq icazələrinin alınması ilə bağlı sənədlərin hazırlanması;
Dövlət Miqrasiya Xidmətinə müraciətlərin edilməsi;
İş Qrafiki:
Həftə içi 5 gün, 09:00-18:00
İş Yeri:
Kürdəmir rayonu.
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis (Kürdəmir)” yazaraq göndərə bilər və ya hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Müraciət üçün link: https://hr.azersun.com/job/Lankaran-%C4%B0nsan-resurslar%C4%B1-%C3%BCzr%C9%99-m%C3%BCt%C9%99x%C9%99ssis-%28K%C3%BCrd%C9%99mir%29-AZ1029/954648455/
Elanın bitmə tarixi: 27.10.2023