Baku City Residence

İnsan resursları üzrə mütəxəssis

My default image 

Namizədə tələblər:

  • Ali təhsil (İR üzrə, iqtisadiyyat (və ya iqtisadiyyatla bağlı digər sahələr), menecment);

  • Əla səviyyədə AR Əmək Məcəlləsini, əmək qanunvericiliyni;

  • İR-na aid olan normativ, metodik və digər rəhbər materialları;

  • ƏMAS, İSB, Məşğulluq və digər dövlət oraqnları ilə işləməyi;

  • Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını;

  • Mütləq şəkildə MS Office (excel biliyi çox vacibdir) proqramlarını;

  • İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını;

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;

  • KPI, teambuilding, learning&development, recruiting kimi HR qollarını bilməlidir.

  • İnsan Resursları üzrə minimum 2 il iş təcrübəsi;

  • Səlis Azərbaycan dili biliyi (rus, ingilis dilləri üstünlükdür)

  • Yaş həddi 25-35

  • Məsuliyyətli, problemi həlletmə;

  • Detallara xüsusi diqqətlilik.

İş barədə məlumat: 

  • ƏMAS sistemində əməliyyatların icra edilməsi;

  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı;

  • Məlumat bazasının mütəmadi yenilənməsi;

  • Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı;

  • Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması;

  • Əmək kitabçalarında qeydlərin aparılması;

  • Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi;

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;

  • Aylıq iş vaxtının uçot tabellərinin hazırlanması və təsdiqlənməsi;

  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;

  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;

  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;

  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;

  • Yeni kadrların aktiv şəkildə axtarılması və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə cəlb edilməsi;

  • Team building, training-lərin təşkil edilməsi; 

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin işə qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və sair sənədlərin rəsmiləşdirilməsi;

  • Əmək haqqı sənədlərinin (Tabel, Məzuniyyət cədvəlləri və sair) hazırlanması;

  • İşçilərin giriş-çıxışını xüsusi proqram vasitəsilə nəzarətdə saxlamaq və uyğunsuzluq aşkar etdikdə birbaşa rəhbərinə bildirmək.

Namizədlərdən şəkilli CV-lərini [email protected] e-mail ünvanına göndərmələrini xahiş edirik.

Elanın bitmə tarixi: 12.01.2024