PAY Group

İnsan Resursları üzrə Mütəxəssis

Vəzifə barədə məlumat:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
  • Əmək haqqı kartlarının sifarişinin verilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
  • Əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;
  • Məzuniyyət qrafikinin tərtib edilməsi ;
  • İşçilərin əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi;
  • Xəstəlik vərəqələrinin qeydiyyatı və uçotunun aparılması;
  • İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Vəzifə təlimatlarının yazılması;

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə 1-3 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyinin əsasları;
  • Ofis proqramları;
  • Məsuliyyətlilik;
  • Problem həlletmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • İşə planlı yanaşma;

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
  • Şənbə və bazar qeyri iş günləridir.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq. 
  • İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz. 

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.  

Elanın bitmə tarixi: 28.09.2023