Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi;
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
Vəzifə təlimatlarının yazılması, yenilənməsində iştirak və bu prosesin təşkil edilməsi.
Əmək haqqı razılaşma əsasında;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
Xüsusi tələblər:
Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);