AzəriMed QSC
İşə Qəbul üzrə Mütəxəssis - Rekruiter
700 - 1000 AZN
Tələblər:
Bəy namizədlərə üstünlük verilir (iş strukturu bəy namizədlərə uyğundur);
Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
Təcrübə: İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili mütləq, Rus dili arzuolunandır;
Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Peşəkar ünsiyyət qurma bacarığı;
Yüksək səviyyədə təqdimat bacarığı;
İşgüzar yazışma əsaslarını bilməli;
Aktiv və komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkili və keçirilməsi;
İşçi ehtiyaclarının araşdırılmasında və ehtiyat bazanın formalaşdırılması;
İşə qəbul üzrə statistikanın və analitikanın təşkili.
İş şəraiti:
İş qrafiki: Tam iş günü
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/11
Əmək haqqı: 700-1000
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis(Rekruiter)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Elanın bitmə tarixi: 30.09.2023