Karabakh Group
Sətəm üzrə mühəndis
Əsas Tələblər:
Təhsili: Ali təhsilli
Yaş: 30-45
Cinsi: Kişi
İş təcrübəsi: 4 ildən yuxarı
Vəzifə və Öhdəliklər:
Layihədə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
İşçilərə əməyin mühafizəsi üzrə oratya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək;
Əməyin mühafizəsi üzrə bütün növ təlimatların vaxtında və düzgün keçirilməsinə nəzarət;
Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsi;
Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkili ;
İstehsalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin daxili və xarici tədqiqatında iştirak;
İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
(Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək. İş yeri rayonda olacaq).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sətəm üzrə mühəndis” yazaraq [email protected] e-mail ünvanına göndərilməsi xahiş olunur.
Elanın bitmə tarixi: 07.10.2023