Azerbaijan Airlines
SƏTƏMM və KN İdarəsinin Ətraf mühitin mühafizəsi şöbəsinin rəis müavini
Vəzifə öhdəlikləri:
Ətraf mühitin mühafizəsi sahəsində müəssisə (istehsalat) nəzarətini həyata keçirmək. Mövcud qanunvericiliyə əsasən Hava Limanlarının idarə, xidmət və şöbələri tərəfindən təbiətin mühafizəsi və təbiətdən səmərəli istifadə üçün norma və qaydalara riayət olunmasına nəzarət etmək.
Yeni və genişləndirməkdə olan layihələrdə, istehsalatın yenidən qurulmasında təbiətin mühafizəsi tələblərinin yerinə yetirilməsinə dair rəylər vermək və qeyd olunan işlərin təkmilləşdirilməsi ilə əlaqədar olan təklifləri rəhbərliyə təqdim etmək;
Təmizləyici qurğuların effektiv işinə su və torpaq resurslarının, yanacaq-sürtgü materiallarının təkrar xammalının səmərəli istifadəsinə, çirkab sularının zərərli maddələrinin kəmiyyət və keyfiyyət tərkibinə, yaşıllaşdırılmış sahələrə nəzarəti həyata keçirmək;
Ekoloji sənədlərin hazırlanmasını təşkil etmək, uçot sənədlərini müvafiq qaydada aparmaq;
Nəzarət və statistik orqanlara müəyyən olunmuş hesabatı, arayışları və s. sənədləri hazırlayıb təqdim etmək;
Ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə görə ödənişlərin qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə hesabatını aparır və rəhbərliyə təqdim etmək;
Qəza və fövqəladə halların təsiri nəticəsində ətraf mühitə dəymiş ziyanlar haqqında ekologiya orqanlarına təcili məlumat vermək. Tullantıların idarə olunmasına nəzarət etmək;
Bu vəzifə təlimatında nəzərdə tutulmuş bütün vəzifə funksiyalarını tam və dəqiq yerinə yetirilməsi.
Tələblər:
Təhsil: Peşə ilə bağlı təhsil/Ali təhsil;
Əlavə kurs və seminar;
Beynəlxalq sertifikat;
Sahə üzrə minimum 1 il təcrübə;
Dil bilikləri: Azərbaycan dili – Ana dili, İngilis dili – yaxşı;
Kompyuter bilikləri: Word, Excel, PowerPoint, Outlook;
Komandada işləmək bacarığı;
İşə planlı yanaşma;
Ezamiyyə imkanları.
İş qrafiki:
Həftə içi 5 gün 09:00-18:00-dək
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Müraciət üçün link: https://www.azal.az/az/azal-aviasirketi/karyera
Elanın bitmə tarixi: 25.10.2023