Umid Babek Operating Company
Təlim və inkişaf üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
Yeni işə girən və ya yeni vəzifəyə təyin olunmuş işçilərin oriyentasiya proqramını hazırlamaq və həyata keçirilməsini təqib etmək.
Yeni işçilərin adaptasiya prosesinin koordinasiyası, sınaq müddətlərinin izlənilməsi və həmin müddət ərzində işə qəbul qaydalar üzrə nəzərdə tutulmuş zəruri fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
Təlimlərin müəyyən edilməsi, planlanması, həyata keçirilməsi, uçotunun aparılması, həmçinin görülən işlərin təqib edilməsi
İşçilərin təlim ehtiyaclarını müəyyən etmək,
Qlobal inkişaf və dəyişiklikləri təqib edərək işçiləri seminar və təlimlər haqqında məlumatlandırmaq,
İşçilərin vəzifə standartlarında göstərilən səriştəliklərinin artırılması üçün ehtiyac duyulan təlimlərin planlanması,
Xidməti fəaliyyətin ölçülməsinin nəticələrini və işçilərin hədəflərini əsas alaraq analiz aparmaq və təlim ehtiyacları təyin etmək,
Təlim ehtiyaclarını analiz edilərək lazımi görüşlərin həyata keçirilməsi, elanların verilməsi, nəticələrin dəyərləndirilməsi,
Ehtiyac olduğu təsbit edilən təlim siyahısının hazırlanması.
Həyata keçirilmiş təlimlərin mütəmadi olaraq nəzarətdə saxlanılması və qeydiyyatının aparılması.
Həyata keçirilmiş təlimlərin məmnuniyyət nisbətinin ölçülməsi və qeydiyyatının aparılması,
Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması,
Sertifikatların qeydiyyatının aparılması, arxivlənməsi və işçiyə təqdim edilməsi.
İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi
İşçilərin ixtisaslarının artırılması üzrə təkliflər vermək,
Struktur bölmələrinin rəhbərlərindən illik təlim tələblərinin istənilməsi,
Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin incələnməsi, əlavələr və düzəlişlərin edilməsi və təlim planının hazırlanması,
Struktur bölmə rəhbərlərindən alınmış təlim tələblərinin İnsan Resursları Departamenti daxilindəi və Korporativ Qrupun Meneceri ilə razılaşdırılmas
UBOC şirkətinin direktoru tərəfindən təsdiqlənmiş təlimlər üzrə işçilərin təlim və kurslara yönləndirilməsi,
Təcrübə proqramlarının təşkili;
Şirkətdaxili müvafiq prosedurların hazırlanması və təbiq edilməsində iştirak.
Adaptasiya proqramının hazırlanması
Adaptasiya proqramının rollarının təyin edilməsi
Adaptasiya proqramının mərhələlərinin təyin edilməsi Adaptasiya prosesinin addımlarının təyin edilməsi
İşçiyə "Xoşgəldin emaili"nin göndərilməsi
Yeni işçinin adaptasiya proqramına başlayacağı ilə əlaqədar onun birbaşa rəhbəri məlumatlandırılması (email vasitəsilə və şifahi olaraq)
Adaptasiya proqramına cəlb olunacaq işçilərin məlumatlandırılması
Müəssisənin iş mühiti, korporativ mədəniyyəti, daxili qaydaları haqqında ümumi məlumat verilməsi
Şirkətin kadr siyasəti (İR layihələri) haqqında işçinin məlumatlandırılması
İşçiyə vəzifə standartını təqdim edərək onunla vəzifə öhdəliklərinin müzakirəsi və gözləntiləri
Daxili təlimçilər kataloqunun hazırlanması və daxili təlimlərin təşkil edilməsi
Şirkətdə rəhbər və mütəxəssis işçilərə təlimlərin keçirilməsi
Təlimlərin statusu ilə bağlı müvafiq təşkilatlarala görüşlərin keçirilməsi
Təlimlərin effektivliyinin ölçülməsi ilə bağlı təlimlərdə iştirak edilməsi
Zəruri şirkət daxili prosedurların hazırlanması
Kadr işlərinin təşkili:
Məmnunluq anketi ilə məmnuniyyətini olculməsinin təşkili
İllik maarifləndirmə plan və programının hazırllanmasına nəzarət və təsdiq edilməsi
Bəzi vakansiyalar üçün işə qəbul müsabiqəsinin keçirilməsi
Karyera yuksəlişi olan işçilər üçün müsabiqə aparılan komissiyada iştirak
İşdən çıxış müsahibələrinin təşkil edilməsi
Kvalifikasiya tələbləri:
Müvafiq sahə və ya ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə 3 il iş təcrübəsi;
Müvafiq ixtisas kursu (CIPD, SHRM, CHRM və s.)
E-mail: [email protected]
Elanın bitmə tarixi: 12.11.2023