Prior Leasing
Təlim və İnkişaf üzrə Mütəxəssis
970 - 1108 AZN
Namizədə olan tələblər:
Təhsil: Ali təhsil;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinə malik olmalı;
Azərbaycan dili - səlis, ingilis dili - orta;
MS PowerPoint-də sərbəst işləməyi bacarmalı;
Komandada işləməyi bacarmalı
Vəzifə öhdəlikləri:
Cəmiyyətin əməkdaşlarının təlim və tədrisləri ilə bağlı proseslərin idarə edilməsi;
İşçilərin təlim ehtiyacının müəyyənləşdirilməsi;
Daxili və xarici təlimlərin koordinasiyası;
Mütəmadi olaraq təlim cədvəlinin hazırlanması və məlumat bazasının yenilənməsi;
Təlimdən sonra qiymətləndirilmənin aparılması və nəticələr haqda hesabatın tərtib edilməsi;
Cəmiyyət daxili tətbiq olunan təcrübəçilər proqramının təşkili və idarə edilməsi;
Əməkdaşların karyera inkişafı üzrə prosesin idarə edilməsi;
Yeni işə götürülən əməkdaşlara giriş təliminin koordinasiya edilməsi və istiqamətləndirilməsi;
İşçilərin attestasiyasının təşkil edilməsi və yekun hesabatın tərtibi
İş şərtlərimiz:
Əmək haqqı: 970-1108 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təlim və İnkişaf üzrə Mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 01.12.2023