Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları

Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis

My default image 

Vəzifə öhdəlikləri:

  • Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;

  • ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;

  • Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;

  • Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;

  • Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;

  • Xarici dil: İngilis dili – yaxşı, Rus dili – yaxşı;

  • Kompüter bilikləri: MS Office (yaxşı);

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;

  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;

  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;

  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;

  • İnsan resurslarına aid olan normativ, metodik və digər materiallar üzrə biliklər;

  • İş yükü analizi, vəzifə təlimatlarının hazırlanması və təşkilati strukturlarla işləmək təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Dəyişikliklərə uyğunlaşma;

  • Məlumat əldə etmə;

  • Diqqətlilik.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;

  • Nahar fasiləsi: 13:00-14:00;

  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 28.11.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get?id=4514#vp

Elanın bitmə tarixi: 29.11.2023