Keyfiyyətə Nəzarət üzrə Menecer (Ayaqqabı sahəsi) - Ağdam Sənaye Parkı

Bafco İnvest

Keyfiyyətə Nəzarət üzrə Menecer (Ayaqqabı sahəsi) - Ağdam Sənaye Parkı

undefined 

Öhdəliklər:

  • Keyfiyyətə nəzarət proseslərini effektiv şəkildə inkişaf etdirmək üçün müştəri ehtiyaclarını və tələblərini başa düşmək

  • Məhsullar və ya proseslər üçün spesifikasiyaları hazırlamaq və nəzərdən keçirtmək

  • Məhsulların keyfiyyət stabilliyinin qorunmasını təmin etmək, bunun üçün mexanizm, proses və prosedurlar hazırlanmaq

  • Düzgün məhsulları təsdiq etmək və ya qüsurları aradan çıxartmaq

  • Təchizatçılar üçün xammal və ya aralıq məhsullar üçün tələbləri təyin etmək və onların uyğunluğuna nəzarət etmək

  • Tədarükçü seçimi zamanı müvafiq keyfiyyət auditinin həyata keçirilməsi və rəy bildirilməsi

  • Keyfiyyət idarəedilməsi sistemində baş verən və verə biləcək risklərin təhlil edilməsi, müvafiq iş planlarının hazırlanması

  • Hər bir müəyyən edilmiş iş funksiyası üçün tələb olunan xidmət standartlarını başa düşmək üçün hazırlıq, ilkin və sonrakı görüşlər keçirmək

  • Təhlükəsizliyə, keyfiyyətə təsir edən olan məsələləri həll etmək

  • Texniki işçilərə və digər işçilərə nəzarət etmək və təlimat vermək

  • Dəqiq sənədləri saxlamaq və statistik təhlil aparmaq

Tələblər:

  • İstehsal müəssisələrində təcrübəyə malik olmalı

  • ISO sertifikatlar və biliklər

  • 0-dan Keyfiyyət İdarəetmə Sisteminin tətbiqi üzrə təcrübəsi

  • Keyfiyyətə nəzarət prosedurlarını və müvafiq hüquqi standartları dərindən başa düşmək

  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı

  • Xarici və ölkədaxili ezamiyyətə gedə bilməli

Şirkət tərəfindən:

  • Rabitə xərcləri

  • Təlimlər

  • İş yeri: Ağdam Sənaye Parkı

CV-lərinizi “Keyfiyyətə Nəzarət üzrə Menecer” başlığı ilə [email protected] elektron ünvanına yönləndirə bilərsiniz.

Elanın bitmə tarixi: 14.12.2023