Körpülü kran sürücüsü

Unimetal

Körpülü kran sürücüsü

850 AZN

undefined 

Vəzifə təlimatı:

  • Zavodda istehsal olunan məhsulların, xammalların, bir ərazidən digərinə daşınması, satışa gedən məhsulların maşınlara yüklənməsini icra etmək.

  • Sobaya vaxtı vaxtında yararsız pəsdahların,metal qırıntılarının verilməsini təmin etmək.

  • Təmir zamanı val, ayaq, yataq və s. kimi ehtiyat hissələrinin dəzgahlara qoşulması üçün onların kran vasitəsilə lazımı qaydada qoşulmasına dəstək vermək.

  • Satışa gedən məhsulların maşınlara yüklənməsini həyata keçirmək.

  • Körpülü kranda kənar şəxslərin olmasına yol verməməli.

  • İstehsal proseslərini təmin etmək üçün müxtəlif yüktutma vasitələri ilə təmin olunmuş körpülü kranları idarə etmək.

  • İşdən əvvəl kranın bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlamaq.

  • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.

  • Sexlərdə işin xaraketrinə uyğun olaraq verilən tapşırıqları yerinə yetirmək.

  • İstehsal olunmuş məhsulun təhlükəsiz daşınmasını və səliqəli yığılmasını yerinə yetirmək.

  • Kranın yükqaldırma vasitələrinin, əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlamaq.

  • Texnoloji rejim normalarına, texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etmək.

  • Pəstahların zavoddan vaxtı vaxtında göndərilməsini təmin etmək.

  • Kranların texniki təhlükəsizlik qaydalarına uyğun idarə etmək, vaxtı vaxtında texniki istismarını təmin etmək.6 günlük iş həftəsi

  • Nahar şirkət tərəfindən verilir

  • AR ƏM uyğun olaraq rəsmiləşdirilmə

  • Əmək haqqı: 850 azn

  • İş yeri Sumqayıt şəhəri

Namizədə tələblər:

  • Orta texniki təhsil

  • Bu sahədə 3 il iş təcrübəsi

  • Müvafiq sertifikat.

E-mail: [email protected]

Elanın bitmə tarixi: 04.01.2024