Performance Center Co

Mühəndis-elektronçu

undefined 

 

Vəzifələr:

  • Nasazlıqların diaqnostikasının aparılması;
  • Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Kontrollerlərin diaqnostikası, təmiri və proqramlaşdırılması
  • Avtomobillərin elektron idarəetmə bloklarının diaqnostikası, təmiri və proqramlaşdırılması;
  • Hər növ elektrik avadanlıqların quraşdırılması və təmiri;
  • Təmir proqramlarının istifadəsini bacarmaq;
  • Bu proqramlar vasitəsilə avtomobildə olan elektron nasazlıqları təyin etmək;
  • İstehsalçıların təmir texnologiyalarına riayət etmək;
  • Daxili prosedurlara  və nizam – intizam qaydalarına riayət etmək;
  • İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.

 

Tələblər:

  • Təhsil: Ali 
  • 3-5 il iş təcrübəsi;
  • Avtomobillər haqqında məlumatlı olmaq;
  • Alət və avadanlıqlardan düzgün istifadə etmə bacarığı;
  • Avtomobildən idarə etmə bacarığı;
  • Müasir komponentlər bazası haqqında biliklər
  • Elektrik diaqramlarını oxumaq bacarığı
  • Analoq sxemləri başa düşmək bacarığı
  • Məlumat vərəqini oxumaq bacarığı
  • Osiloskop və ölçü alətləri, lehimləmə stansiyası ilə iş təcrübəsi
  • Komponent səviyyəsində elektron lövhələrin diaqnostikasında təcrübə
  • BGA / SMD mikroprosessorlarını lehimləmək (montaj / sökmək) bacarığı
  • Məsuliyyətli və komandada işləmək bacarığı.

 

İş şərtləri:

  • İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 1000-1500 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində Mühəndis-elektronçu” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün:[email protected] 

Elanın bitmə tarixi: 10.08.2023