Ustanın və ya texniki xidmət mühəndisinin göstərişi əsasında işlədiyi sahənin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyat hissələrinin hazır olmasını təmin etmək;
Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifada etmək;
Təmir və ya baxım işlərinə başlamazdan əvvəl və bu işlər tamamlandıqdan sonra rəhbərinə dəqiq və təfsilatlı məlumat vermək;
Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və göstərişləri yerinə yetirmək;
İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
İsitmə/soyutma sisteminin rütubət, hərarət, sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;
Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlanqı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
Diffuzorları və tüstü sensorlarını sıxılmış hava vasitəsilə təmizləmək;
Qabaqcıl təcrübələrdən və təhlükəsiz iş qaydalarından istifadə edərek vəzifə öhdəliklərini yerinə yetirmək və bunun üçün daim öz üzərində işləmək.
Əmək haqqı: 600 AZN (gross);
İş yeri: Sumqayıt şəhəri, "MKT İK" MMC-nin Tekstil filialının Sumqayıt şöbəsi;
İş qrafiki: Növbəli iş qrafiki;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Xüsusi tələblər:
Sahə üzrə 1 il təcrübə;
Avadanlıqları tənzimləmə qaydalarını bilmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək.