STP Metal Structures
Plazma kəsim dəzgahları üzrə proqramçı-mühəndis
Vəzifə öhdəlikləri:
İcra olunacaq layihələr üzrə tələb olunan detalların rəqəmsal plazma dəzgahında kəsillərək istehsalata ötürülməsi;
Detalların müvafiq kəsim proqramlarının hazırlanması və plazma operatoruna ötürülməsi;
Kəsilən detalların müvafiq uçotunun aparılması;
Kəsim zamanına və sürətinə nəzarət;
Kəsimlər zamanı artıq material sərfiyyatının qarşısının alınması üçün kəsim proqramalrının optimallaşdırılmasının təmin edilməsi;
Texniki vasitələrdən istifadə etməklə məmulatların eskiz və işçi layihələrini işləyib hazırlanması;
Daim öyrənmək və inkişaf etmək məqsədi ilə yeni konstruktor layihələrini araşdırmaq, öyrənmək və gələcək işində istifadə etmək;
Namizədə aid tələblər:
Təhsil: Ali texniki təhsil;
Proqramm bilikləri: Microsoft Office, Autocad, Ajan Cam, Fast Cam;
Müvafiq sahədə ən azı 2-3 il təcrübə;
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Sumqayıt şəhəri;
Nahar şirkət tərəfindən verilir;
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblərə uyğun namizədlər CV formalarını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Plazma kəsim dəzgahları üzrə proqramçı-mühəndis” yazaraq göndərə bilərlər.
Elanın bitmə tarixi: 21.10.2023