Sürtkü yağlarının istehsalı sahəsi üzrə operator

ALCO MMC

Sürtkü yağlarının istehsalı sahəsi üzrə operator

900 AZN

undefined 

Tələblər:

  • Peşə və ya ali (bakalavr) təhsili;

  • İstehsalat sahəsində 1/3 illik iş təcrübəsi;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmaq;

  • Avadanlıqlar barədə ümumi istismar qaydalarını, emal texnologiyalarını bilmək;

  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

Vəzifə funksiyaları:

  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;

  • İstehsal, Dolum xəttlərində gedən proseslərə nəzarət etmək;

  • Dolmuş bidonların qablaşdırılmasında iştirak etmək;

  • İstehsal, Dolum zamanı avadanlıqlarda yarana biləcək problemləri aşkar etmək;

  • İstehsal, Dolum xəttinə boş və dolu qabları qoyub-götürmək;

  • Sex rəisinin (sex rəisinin köməkçisi) icazəsi olmadan öz iş yerini tərk etməmək;

  • Ərazidə, sahədə və avadanlıqların üzərində olan xəbərdaredici nişanların tələblərinə riayət etmək;

  • İşlədiyi sahəni təmiz saxlamaq;

  • Təlimat və istehsal cədvəllərinə riayət etmək;

  • Dolum, istehsal prosesinin düzgün aparılması üçün avadanlıqlarda yaranan problemlərlə bağlı tədbir görülməsi üçün təkliflər vermək.

İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu

Əmək haqqı: 900 AZN-dən başlayır.

CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 012-505-68-10/11

Elanın bitmə tarixi: 26.10.2023