North West Construction

Texnik

My default image 

 

Vəzifə Öhdəlikləri:

  • Yanacaqdoldurma avadanlıqlarının, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir;
  • Mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
  • Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
  • Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;

Tələblər:

  • Orta texniki və orta təhsilli və ya Ali təhsil;
  • Avadanlıqlara texniki xidmət, texniki baxış, servis xidməti üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  • Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını bilməli;
  • Bu sahəyə aid olan təhlükəsizlik qaydalarını və mexaniki qurğularının quruluşunu, onların xüsusiyyətlərini bilməlkik və onlardan istifadə qaydalarını bacarmalı;
  • Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmalı;
  • Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti olmalı;
  • Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti olmalı;
  • İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı olmalı;
  • Operativ və nizam-intizamlı olmalı;
  • İngilis dili və rus dili (bilənlərə üstünlük verilir)

Maraqlanan namizədlərdən öz CV-lərini mövzuda “Texnik” qeyd edərək [email protected] , [email protected] elektron poçt ünvanlarına göndərmələri xahiş olunur.

Elanın bitmə tarixi: 26.07.2023