Azəricard

Backend developer - Projects

My default image 

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması və istismara çıxarılması, quraşdırılması və tətbiqi  

  • Mövcud proqram təminatlarında yeni funksionallıqların əlavə edilməsi

  • Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir; 

  • İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq  qurub və həyata keçirir;

  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;

  • Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;

  • Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;

  • Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın şöbə müdirini məlumatlandırır;

  • Şöbə müdirin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;

  • Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir

 Vəzifəyə olan tələblər:

  • 3+ illik Java/J2EE proqramlaşdırma təcrübəsi

  • Java və OOP dizayn prinsipləri bilikləri

  • Spring (xüsusilə Spring Boot) üzrə iş təcrübəsi

  • RESTful API backend inteqrasiyası üzrə iş təcrübəsi

  • Microservice arxitekturası, web servislər üzrə iş təcrübəsi 

  • Proqramlaşdırma problemlərini araşdırmaq və həll etmək bacarığı

  • Oracle verilənlər bazası ilə iş təcrübəsi

  • Design patterns ilə iş təcrübəsi

  • Riyazi alqoritmlər və müasir DevOps üzrə bilik və bacarığı

Namizədlərdən CV-lərini "Backend developer (Projects)" mövzusu ilə [email protected] e-mail ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Elanın bitmə tarixi: 26.12.2023