Bestcomp Group

Biznes Təhlilçi

My default image 

Vakansiyanın təsviri:

  • Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı. 
  • Biznes ehtiyaclarının/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün olan spesifikasiyaları nəzərdən keçirmək/formalaşdırmaq.
  • Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
  • Maliyyə hesabatlarını təhlil-tərtib etməklə (Maliyyə vəziyyəti, Mənfəət və ya zərər və digər məcmu gəlir, Kapital dəyişikliyi, Pul vəsaitlərinin hərəkəti və s. haqqında) müştərinin biznes tələblərinin funksional olaraq qarşılanmasını təmin etmək.
  • Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.
  • Spesifikasiyaların düzgün anlaşılmasını təmin etmək üçün məhsul sahibi və proqramçılarla işləmək.
  • Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.
  • Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
  • İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.
  • Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini

Xüsusi tələblər:

  • İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Maliyyə üzrə bakalavr dərəcəsi
  • Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə
  • Biznes təhlili
  • İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi
  • Maliyyə yönümlü layihələrdə təcrübə (dövlət və özəl sektor)
  • Mühasibat və Vergi uçotu bilikləri
  • Maliyyə hesabatlarının təhlil etmə bacarıqları
  • Hesabatları tərtib etmə bacarığı (Maliyyə vəziyyəti, Mənfəət və ya zərər və digər məcmu gəlir, Kapital dəyişikliyi, Pul vəsaitlərinin hərəkəti və s. haqqında)
  • MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bənzəri Agile alətləri 
  • Baza SQL bilikləri
  • Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri
  • ERP bilikləri (Oracle, SAP, Microsoft Dynamics, 1C ERP)
  • Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma)
  • Maraqlı tərəflərin səmərəli cəlb edilməsi
  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri
  • Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı
  • Əməkdaşlıq və Komanda işi
  • Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı
  • Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti
  • Müsbət münasibət
  • Güclü İş Etikası
  • Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək
  • Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları
Müraciət etmək üçün[email protected] 

Elanın bitmə tarixi: 19.05.2023