Pasha Bank

Data Scientist (non credit)

My default image 

PASHA Bank şirkəti Data Scientist (non credit) vəzifəsi üzrə vakansiya elan edir. Problem həll etmə və qərar vermə bacarığı olmalıdır.

İşiniz nədən ibarətdir?

  • Statistika və maşın öyrənmə metodologiyalarından istifadə edərək “data science” üzrə dizayn və istifadə;
  • Tövsiyyə sistemləri və ehtimal modellərini qurmaq üçün innovativ yeni həllərin araşdırılması və modelin qurulması;
  • Rəqəmsal kanal aktivliyini dəstəkləmək üçün maşın öyrənmə modellərinin və optimizasiyaların qurulması və istifadə olunması;
  • Fərdi qiymətləndirmə və satın alma istəyi üzrə maşın öyrənmə alqoritmlərinin yaradılması və istifadə olunması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Statistika, Riyaziyyat, Kompüter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
  • Təcrübə: Real praktiki problemlərin analitik həllərin tətbiqi ilə həll olunmasına dair sübut olunmuş təcrübə, SQL və Python üzrə sübut olunmuş təcrübə, Linux, obyekt yönümlü proqramlaşdırma və versiyaya nəzarət təcrübəsi
  • Digər: Problem həll etmə və qərar vermə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur.