İT Layihə Meneceri (Ştatdankənar)

Azercell

İT Layihə Meneceri (Ştatdankənar)

My default image 

 

Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir. 

Azercell Ailəsinə qatılmağa dəvət edirik: 

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq. 

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Rəqabətli əmək haqqı
  • Korporativ nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi

İş qrafiki: 

  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. 
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.

İş yeri: 

  • “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
  • Tbilisi prospekti, 149
  • Bakı, Azərbaycan 

Fəaliyyət Dairəsi:

Kommersiya departamentlərinə Layihə Portfeli və E2E SLA-lər, o cümlədən İT Layihələri və yeni xidmət istəklərinin idarə edilməsi üzrə texnoloji interfeyslərin təqdim edilməsi.

Yüksək keyfiyyətli məhsul hazırlamaq və ya deyişikliklərin icrasını təmin etmək üçün Layihə və Məhsul Rəhbərləri (Sahibləri), Proqram təminatı mühəndisləri, Keyfiyyət təminatı komandaları və digər İT və Şəbəkə departamentlərinin əməkdaşları ilə sıx əməkdaşlıq fəaliyyəti.

Əsas vəzifə öhdəlikləri: 

  • Layihə üzrə istək və ya dəyişikliklərin əhatə dairəsi və məqsədini müəyyən etmək.
  • Qoyulan məqsədlərə nail olmaq üçün lazım olan resursları proqnozlaşdırmaq və səmərəli şəkildə idarə etmək.
  • Layihə üzrə istək və ya dəyişikliklərə dair ətraflı icra cədvəli, iş planı hazırlamaq və gedişatına nəzarət etmək.
  • Layihəyə dair məsələ və qərarlarla bağlı ünsiyyəti asanlaşdırmaq və şəffaflığa nail olmaq üçün tərəfdaşlarla görüşlər təşkil etmək.  
  • Layihə və dəyişikliklərlə bağlı potensial riskləri vurğulamaq və problemləri aradan qaldırmaq üçün fəaliyyət göstərmək. 
  • Komanda ilə daim əlaqədə olmaq və bütün Layihə Sahibləri/Rəhbərlərinin layihənin təfərrüatları haqqında məlumatlandırmaq.
  • Layihənin gedişatı və icrası haqqında yenilikləri mütəmadi olaraq uyğun tərəfdaşlara çatdırmaq. 
  • Layihə və ya dəyişikliyin hər bir mərhələsini sənədləşdirmək, eləcə də rəhbərliyə təqdim olunacaq hesabatları hazırlamaq.
  • Müştəri məmnuniyyəti, təhlükəsizlik, keyfiyyət və komanda üzvlərinin performansı daxil olmaqla bütün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

Təhsil: 

  • Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İnformasiya Texnologiyaları üzrə bakalavr dərəcəsi.

İş Təcrübəsi:

  • Layihə idarəetmə vasitələri üzrə praktiki təcrübə.
  • "Agile" metodologiyaları haqqında bilik və anlayışlar.
  • Proqram təminatı və ya məhsulun Həyat Dövrünün idarə edilməsi haqqında bilik və anlayışlar.
  • İT Layihə Rəhbəri, Texniki Məhsul Sahibi, Scrum Master, Agile kouç və ya oxşar vəzifələr üzrə (layihələrdə iştirak) təsdiq edilmiş iş təcrübəsi üstünlük təşkil edəcək.
  • Riskin İdarə edilməsi və Keyfiyyət Təminatına Nəzarət üzrə məlumatlı olmaq
  • Güclü təşkilatçılıq, Müxtəlif tapşırıqları eyni zamanda yerinə yetirmək və vaxtı idarə etməkbacarıqları
  • Əla Ünsiyyət və Təqdimat vərdişləri ilə yanaşı müştəri tələblərini anlamaq bacarığı
  • PSM 1/2, PMI ACP, PMI PMP, IC Agile - Agile Team Facilitation sertifikat sahiblərinə üstünlük veriləcək.

Dil biliyi:

  • Azərbaycan dili – Mükəmməl
  • İngilis dili – Yüksək səviyyə
  • Rus dili – Yüksək səviyyə

Arzu olunan Bacarıqlar:

  • Daima Öyrənmək/Maraq göstərmək təfəkkürü
  • Çevik düşüncə tərzi
  • "Ən yaxşı müştəri təcrübəsi" təqdim etmək istəyi     

Seçim mərhələləri: 

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə 

Ərizəniz: 

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.

Müraciət etmək üçün:https://azercell.easyhire.me/job/details/64b1538e7f807bcfbf044f4f 

Elanın bitmə tarixi: 17.08.2023