Agrarco
İT üzrə baş mütəxəssis
Təsvir:
İstifadəçilərə İT dəstək xidməti göstərmək;
Video müşahidə sistemlərinin qurulması və bu sistemlərinin proqram təminatının tənzimlənməsi;
Access Control və Turniket sistemlərinin qurulması və bu sistemlərin proqram təminatı tənzimlənməsi;
İstifadəçilərin texniki vasitələrinin dəyişdirilməsi və təkmilləşdirilməsi üzrə təkliflər hazırlanması;
Proqram təminatının tətbiqi zamanı məlumat təhlükəsizliyi prinsiplərinə riayət olunmasının təmin edilməsi;
Avadanlıqların təmirinin təşkili, izlənməsi və təmirin qeydiyyatının aparılması;
Printer avadanlıqlarının anbar qalığına nəzarət, kartric dəyişimi qeydiyyatlarının aparılması, səmərəliliyinə nəzarət;
Xüsusi cihaz, proqram və faylların nüsxələrinin çıxarılması və saxlanmasını təmin etmək;
İnformasiya sistemlərinin istismarı və istifadəsi üzrə metodiki göstərişlərin, normativ materialların və təlimatların layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
İT şöbəsinin vəzifələrinə aid məsələlərlə bağlı prosedur və qaydaları, hesabat və digər sənədləri hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
İT avadanlıqlarının işlək vəziyyətinin saxlanmasını təmin etmək;
Yeni proqram və kommunikasiya xidmətlərini, avadanlıqları təhlil etmək, nəticələrini və yeniləri ilə əvəzlənməsi barədə təkliflər vermək;
İnformasiya təhlükəsizliyinin qorunması tələblərinə riayət etmək və təşviqini nəzərdə saxlamaq;
İT şöbəsinin əsasnaməsinə uyğun olaraq qrupun funksiyalarına aid cari və gündəlik işləri icra etmək;
Cəmiyyətin cari və planlaşdırılan layihələrinin İT əlaqəli bölmələrində rəhbər nəzarətində iştirak etmək;
Vaxtaşırı işgüzar səyahətlər etmək;
Birbaşa rəhbərinin işinə aid göstəriş və tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
İT sahəsində yuxarıdakı tələblərə uyğun gələn vəzifədə ən azı 1 - 3 il iş təcrübəsi;
CCTV sahəsində dərin anlayışı və video müşahidə sistemlərinin qurulması ilə bağlı azı 1 il iş təcrübəsi;
Şəbəkə avadanlıqları, VPN, DNS, VLAN və bu kimi orta səviyyəli şəbəkə bilikləri;
Access Control və turniket sistemləri sahəsində dərin anlayışı və bu sistemlərin qurulması ilə bağlı ən azı 1 il iş təcrübəsi;
Fərdi kompüter proqram təminatı və müxtəlif İT avadanlıqları haqqında geniş məlumatın olması;
Təşəbbüskar, ünsiyyətli, çalışqan, dəqiq, vəziyyətə operativ reaksiya verən, komanda ilə və tək işləmək bacarığı;
Yazılı və şifahi korporativ ünsiyyət bacarığı;
Azərbaycan dili səlis, orta səviyyədə rus və ingilis dili biliyi;
İT Sahəsində beynəlxalq sertifikatların olmasına üstünlük verilir.
Müraciət üçün link: https://glorri.com/agrarco/6580690121cae5110f39851f-%C4%B0T%20%C3%BCzr%C9%99%20ba%C5%9F%20m%C3%BCt%C9%99x%C9%99ssis?sources
Elanın bitmə tarixi: 19.01.2024