Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
Hibrid iş rejimi
Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
Davamlı karyera inkişafı imkanları
Rəqabətli əmək haqqı
Korporativ nömrə ilə təmin olunma
Limitsiz Azeronline Internet Paketi
İş qrafiki: Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00. Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri: “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza Tbilisi prospekti, 149 Bakı, Azərbaycan
İşə başlayan kimi backend tipli proqram təminatının yazılmasında və inkişafında iştirak etmək
Yeni funksiya və məhsullar yaratmaq, işə salmaq və ya mövcud olanlara dəyişiklik etmək üçün Tədqiqat & İnkişaf komandasının üzvləri ilə əməkdaşlıq etmək
Modul testləri yazmaq və hazırlanmış proqram təminatının ilk sınaqlarını həyata keçirmək
İşlərini yerinə yetirə bilmələri üçün texniki təsvir və sənədləri digər texniki qruplara təqdim etmək
Xüsusi tələblər:
Təhsil: Kompüter Elmləri və ya müvafiq texniki sahə (Tətbiqi Riyaziyyat və s.) üzrə Bakalavr (və ya yuxarı) dərəcəsi və ya buna bərabər texniki təcrübə
Dil bilikləri:
Azərbaycan dili - əla
İngilis dili - orta
İş Təcrübəsi: 0-3 ilədək proqram təminatının yaradılması mühəndisi vəzifəsində iş təcrübəsi
Qərar vermək və problemləri həll etmək;
Alternativ düşüncə tərzi;
Pozitiv işgüzar münasibətlərin qurulması;
Çeviklik
Java və Spring Boot uzrə biliklər
HTTP protokol və REST haqqında biliklər
Alqoritmlər və Verilənlər Strukturları
Obyekt yönümlü proqramlaşdırma bilikləri
Unit və inteqrasiya testlərinin yazılması bacarığı
Git
Mikroservis arxitekturası haqqında biliklər arzuolunandir
Design Patterns haqqında biliklər arzuolunandir
SQL uzrə biliklər arzuolunandir
Docker, Kubernetes və Jenkins (və/və ya oxşar vasitələr) ilə iş təcrübəsi arzuolunandır