Şəbəkə üzrə İT avadanlıqlarına texniki nəzarət, avadanlıqların fasiləsiz işinin təmin edilməsi üçün profilaktik tədbirlərin həyata keçirilməsi, lazım gələrsə, yenisi ilə əvəz edilməsi barədə təkliflər vermək;
Şirkətin telekommunikasiya şəbəkəsində baş verən xətaların dərhal araşdırılmasını və aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsi;
Şəbəkə avadanlığı və proqram təminatında baş verən bütün dəyişikliklər və nasazlıqlar barəsində rəhbərliyi məlumatlandırmaq;
Şəbəkə fəaliyyəti ilə bağlı istifadəçi müraciətlərinin cavablandırılması;
Kompüter avadanlıqlarında şəbəkə və lokal resursların istifadəsinə nəzarətdə iştirak;
VOİP sisteminin (PBX, CUCM) konfiqurasiya olunması, istifadəçilər üçün daxili nömrənin verilməsi və köçürülməsi, telefon sistemində yaranan nasazlıqların aradan qaldırılması və onun müasirləşdirilməsi, lazım gələrsə, birbaşa rəhbərinin təsdiqi ilə üçüncü tərəf təşkilatları bu prosesə cəlb etmək;
Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək, onların nəticəsi əsasında təkliflər vermək;
Şirkətin telekommunikasiya şəbəkəsinin daxili komponentləri arasında məlumat mübadiləsi üçün tələb olunan fiziki və məntiqi əlaqələrin yaradılmasını təmin etmək;
Şirkətin telekommunikasiya şəbəkəsinin təhlükəsiz şəkildə internetə çıxışının sazlanması və monitorinqinin təmin edilməsi istiqamətində şirkətin informasiya təhlükəsizliyi xidməti ilə işlərin əlaqələndirilməsi;
Tərəfdaş təşkilatlarla şirkətin telekommunikasiya şəbəkəsinə qoşulmaq üçün tələb olunan rabitə əlaqələrinin sazlanmasını və idarə olunmasını təmin etmək;
Şirkətin telekommunikasiya şəbəkəsinə aid olan avadanlıqları və rabitə kanallarına sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunması üçün zəruri tədbirlərin görülməsi və bu istiqamətdə şirkətin informasiya təhlükəsizliyi xidməti və şəbəkəyə xidmət göstərən provayder şirkəti ilə işlərin əlaqələndilməsi;
Provayderlərdən obyektlərə internet xətlərinin çəkilməsinin təmin edilməsi (ADSL, GPON, FTTx, Active Ethernet);
Obyektlərdə bütövlükdə şəbəkə və Wi-Fi sistemlərinin qurulmasının təmin edilməsi, bunun üçün lazım olan təkliflərin hazırlanıb birbaşa rəhbərinə təqdim edilməsi;
Şəbəkə dizaynının hazırlanması, texniki tapşırıqların şəbəkə ilə bağlı hissəsinin yazılması və layihəyə uyğun olaraq şəbəkə üzrə alınacaq avadanlıqların siyahısının hazırlanması;
Şəbəkəyə aid məsələlərlə bağlı istifadəçi təlimatlarının, prosedur və qaydaların, hesabat və digər sənədlərin hazırlanmasında iştirak etmək;
Şəbəkə infrastrukturu üçün texniki sənədləşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyyatının aparılması;
Mövcud şəbəkə strukturunu təhlil etmək və şəbəkənin daha səmərəli işini təmin etmək üçün təkliflər vermək;
Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
Zərurət yarandıqda kompüter avadanlıqlarının işlək vəziyyətinin təmin olunmasında iştirak etmək, mövcud olan proqram və şəbəkələrə ilkin texniki xidmət göstərilməsi.
Vəzifə öhdəlikləri üzrə işlərin yerinə yetirilməsi üçün bölgələrə ezamiyyələrə getmək;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər:
Ali təhsil: Müvafiq ixtisas üzrə ali təhsil;
İş təcrübəsi: Şəbəkə üzrə azı 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta, Rus dili – orta;
Kompüter bacarıqları: Cisco ASA Firewall, Network Security, L3 Switch, Wi-Fi controller, IP telefoniya və Router-lərlə, Site-to-site, Romote Access və SSL vpn-lə işləmə bacarığı;
LAN, WAN, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
CCNA sertifikatı, CCNP sertifikatının olması arzuolunandır;
Komanda ilə işləmək bacarığı və inkişafa meylli olma.