Bank Respublika ASC
Texniki dəstək üzrə mütəxəssis - İT Help desk
Ümumi vəzifə öhdəlikləri:
Bankın biznes prosesləri zamanı daxili istifadəçilərin istifadə etdiyi proqram təminatı ilə bağlı yaranmış sorğuların qəbul edilməsi;
“Service Desk” vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və icrası;
İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
Avadanlığın və proqram təminatının quraşdırılması, yoxlanılması və konfiqurasiyası.
Namizədə qarşı tələblər:
Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üzrə arzuolunandır);
Aidiyyəti sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir (Bank sahəsi üzrə təcrübə arzuolunandır);
Kibana-da xətalarla bağlı sorğuların axtarışı və loglardan istifadə qaydası haqqında biliklər;
Grafana, PRTG, Sentry monitoring alətlərlə işləmək bacarığı;
Microsoft Active Directory & Group Policy üzrə biliklər;
Windows 10 əməliyyat sistemi ilə bağlı biliklər;
Şəbəkə və onun iş prinsipi ilə bağlı anlayışlar;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik düşüncə qabiliyyəti;
Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissədə Texniki dəstək üzrə mütəxəssis (İT Help desk) qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Elanın bitmə tarixi: 20.10.2023