”RİCON” MMC

Aparıcı mühasib

My default image 

 

Vəzifə öhdəlikləri:

  • Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması.
  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini  rəhbər tutaraq uçotun aparılması.
  • Vergi-mühasibat  və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
  • Əmək haqqının hesablanması, ödənilməsi.
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) aparılması;
  • Vergi, statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
  • Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi keçirilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 ildən yuxarı iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilməli,rus dili üstünlükdür;  
  • 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
  • BTP proqramında sərbəst işləmə bacarıqları;
  • Mühasibat uçotunu bilməli (yeni hesablar planı üzrə).

İş barədə məlumat:

  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq 
  • İş yeri : Ağ şəhər ərazisi
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
  • 5 günlük iş qrafiki: 8.00-17.00

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Elanın bitmə tarixi: 24.04.2023