Audit layihəsi üzrə audit proqramının tərtib edilməsi və icrasına nəzarət;
Audit layihəsində iştirak edən qrup üzvlərinin işinə rəhbərlik edilməsi, istiqamətləndirilməsi və dəstək olunması;
Audit layihəsi zamanı çatışmazlıqların müəyyən edilməsi, məsul şəxlərlə razılaşdırması və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi;
Audit nəticələrinə dair hesabatın tərtib edilməsi və məsul şəxslərə yönləndirilməsi;
Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatların toplanması, sənədləşdirilməsi və bütün iş sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi;
İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak edilməsi;
Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyininin qiymətləndirilməsi;
Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
Audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
Audit sahəsində minimum 4 il iş təcrübəsi (İstehsal, distribüter, kənd təsərrüfatı sektorlarında təcrübə üstünlükdür);
Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s.) olması üstünlükdür;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
Şifahi və yazılı ünsiyyət bacarığı;
Vaxtın səmərəli idarəedilməsi və idarəetmə bacarıqları.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını müraciət etdiyiniz regionu qeyd etməklə “Baş Auditor” adı ilə [email protected] e-ünvanına göndərə bilərsiniz.