Jetour Azerbaijan

Baş mühasib

2500 - 3000 AZN

My default image 

 

İş yeri: Bakı şəhəri

İş qrafiki: 5 günlük (normal)

Əmək haqqı: nett 2500-3000 manat

Tələblər:

  • Ali təhsil: mühasibatlıq, maliyyə, digər iqtisadiyyat ixtisasları;
  • Baş mühasib kimi minimum 5 il iş təcrübəsi;
  • Kompüter biliyi: 1C (8.3), MS Office (əsasən Excel) proqramlarında sərbəst;
  • Sahə üzrə yerli qanunvericiliyi mükəmməl bilməsi mütləqdir;
  • Peşəkar Mühasib Sertifikatı üstünlükdür.

İş haqqında məlumat:

  • Baş verən əməliyyatların 1C mühasibat proqramında əks olunması;
  • Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
  • Yük Gömrük Bəyannamələri ilə işləmə bacarığı;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergi bəyənnamələrinin, hesabatların hazırlanması və təqdim olunması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Şirкətin mаliyyə hеsаbаtının (Mənfəət/(Zərər), Pul vəsaitinin hərəkəti, Balans) İFRS Standartının tələblərinə əsasən tərtib еdilməsi;
  • Şirkətin illik büdcəsinin hazırlanması.

Göstərilən tələblərə uyğun namizədlər CV-lərini 28.02.2023-cü il tarixinədək mövzu yerinə “Baş mühasib” yazaraq [email protected] elektron ünvanına göndərə bilər. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Elanın bitmə tarixi: 16.03.2023