Karyerasını gənc və yaradıcı komandada davam etdirmək istəyən Baş mühasiblərin nəzərinə!
Vəzifə öhdəlikləri:
Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
Məxfilik prinsiplərini pozmamaq
Şərtlər:
Baş mühasib olaraq 3 ildən yuxarı iş təcrübəsi;
Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
Mühasibat uçotunu mükəmməl bilməlidir;
MS Office proqramları üzrə qabaqcıl istifadə bacarıqları, GÜNƏŞ proqramını bilənlərə üstünlük veriləcək;
Mühasibatlıq müxabirləşmələrini mükəmməl bilən;
Komandada işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
İşi planlamaq bacarığı
İş şəraiti:
İş qrafiki: 5 günlük iş qrafiki;
Əmək haqqı: 1500-2000 AZN;
Ofis N.Nərimanov rayonu ərazisində yerləşir;
Maraqlanan namizədlərdən CV-lərini vakansiyanın adını qeyd etməklə [email protected] e-mail