Pasha Bank

Baş Müştəri Meneceri

My default image 

İşiniz nədən ibarətdir?

  • Yerli və beynəlxalq maliyyə institutları ilə əlaqələrin idarəedilməsi və beynəlxalq reytinq agentlikləri ilə koordinasiyası;
  • Sindikatlar, ticarətin maliyyələşdirilməsi, ödənişlər və kredit xətti üzrə işin təşkili;
  • Bütün bankdaxili və xarici müştəri sorğularının icrası, sorğuların bankdaxili koordinasiyası və ehtiyaca uyğunlaşdırılmış həll yollarının təmin edilməsi;
  • Nostro hesabların açılması və effektiv idarəedilməsi;
  • Pul bazarı və sabit gəlir sövdələşmələrinin koordinasiyası;
  • Bank üçün əlverişli tranzaksiyaların aparılması məqsədilə yerli və beynəlxalq FX və pul bazarı tərəfdaşlarının axtarılması;
  • Fövqəladə hal zamanı əlaqələrin yaradılması üçün regionlarda bütün bankların və maliyyə institutlarının və ya yerli nümayəndəliklərin, regional nümayəndəliklərin əlaqə məlumatlarının saxlanılması və yenilənməsi;
  • Maliyyə risklərinin bankın risk iştahasına, riskin idarəedilməsi siyasət və prosedurlarına uyğun idarəsinin təmin edilməsi;
  • Bankın siyasət və prosedurlarına uyğun şəkildə xarici və yerli maliyyə təşkilatları ilə xarici valyuta mübadiləsini həyata keçirməklə bankın valyuta mövqeyinin Azərbaycan Respublikası Mərkəzi Bankının qaydalarına uyğun idarəsi;
  • Gündəlik və ya aylıq hesabatların tərtib edilməsi;
  • Texniki koordinasiya və kiçik mütəxəssislərin inkişafı və işinə nəzarətin və dəstəyin təmin edilməsi;
  • İcra strategiyaları və qərarlarının təhlili və təkmilləşdirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Xəzinədarlıq və ya oxşar sahə üzrə minimum 4 il
  • Xarici dil: İngilis və Rus
  • Lisenziya/ Sertifikat: CFA və DipIFR üzrə sertifikatlar
  • Kompüter bilikləri: Microsoft Office

Digər: 

  • Xarici və yerli kapital bazarı anlayışı
  • Xarici və yerli pul bazarı anlayışı
  • Xarici və yerli FX bazarı anlayışı
  • Xarici və yerli QK bazarı anlayışı
  • Xəzinədarlıq məhsullarının anlayışı
  • Xarici və yerli törəmə məhsullarının anlayışı
  • Ümumi maliyyə bilikləri
  • Bütün bank məhsulları haqqında biliklər

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 19.08.2022-ci il tarixinədək başlıqda  “Baş Müştəri Meneceri” qeyd edərək [email protected] e-ünvanına göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.